Daxili İşlər Nazirliyinin rəhbərliyinin qəbuluna elektron yazılma qaydaları

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.

Qəbulun qaydaları Daxili İşlər Nazirliyinin 03.02.2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarında və daxili qoşunlarda vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatına uyğun olaraq aparılır.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN RƏHBƏRLİYNİN QƏBULUNA YAZILMAQLA BAĞLI ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə elektron formada göndərilmiş müraciətlər DİN-in Katibliyinin “Vətəndaşların müraciətləri və qəbulu” şöbəsinə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
    1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinə əsasən, “anonim” müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
    2. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4 bəndinə əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda baxılmamış saxlanılır və müraciət edən şəxsə məlumat verilir.
    3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq, icraçı, müraciətin baxılma müddəti bitmədən daxil olan təkrar hesab edilməyən növbəti müraciəti əvvəlki daxil olmuş müraciətlərilə ümumiləşdiriərək vahid cavab məktubu ilə cavablandırır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  3. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Müraciət qəbul edildikdən sonra ekrana bu barədə müvafiq bildiriş çıxır.
  4. Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu nazirliyin səlahiyyətlərinə aid olan məsələlər üzrə həyata keçirilir. DİN rəhbərliyinin qəbul günü və vaxtları ilə buradan tanış ola bilərsiniz.